Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirildi

28/03/2012

15.03.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda I kurs magistrant Xəlilova Gülnar “Bal arıları və bal” mövzusunda çıxış etdi. Magistrant Xəlilova ilk növbədə qədim kitabələrdə, qədim mənbələrədə yazılmış, eyni zamanda Aristotelin, İbn Sina, Makedoniyalı İsgəndərin bal arıları haqqında müşahidələr nəticəsində əldə etdikləri məlumatları auditoriyaya çatdırdı. Sonra balın arılar tərəfindən hazırlanma prosesi, eyni zamanda arı ailəsində arılar arasında iş bölgüsünün aparılması, işçi və erkək arıların bioloji xüsusiyyətləri haqqında geniş məlumat verildi. Bundan əlavə balın müxtəlif növləri, müalicəvi xüsusiyyətləri də açıqlandı. Burada nəinki bal, eyni zamanda arının hazırladığı digər məhsullar, mum, propolis, arı südü və s. haqqında da məlumat verildi, onların müxtəlif xəstəliklərdə tədbiqi də göstərildi. Bundan əlavə arı zəhəri haqqında da geniş məlumat verildi. Onun da müalicəvi xüsusiyyətləri açıqlandı. Arı zəhərinin müxtəlif xəstəliklərin müalicəsində tədbiqindən geniş danışıldı. Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Seminarda fakültənin müəllim və işçi heyyəti, magistrant və tələbələr iştirak edirdilər.

Bookmark and Share