Biologiya Fakültəsi

ABŞ – ın Pittsburq şəhərində Beynəlxalq Elm və Mühəndislik sərgisi keçirildi

22/05/2012

2012 – ci il 13-18 may tarixində ABŞ – ın Pittsburq şəhərində  “Sabahın alimlər” devizi altında Beynəlxalq Elm və Mühəndislik sərgisi keçirildi. Respublika  Müsabiqəsi qaliblərinin səfərini təşkil etmək məqsədi ilə müsabiqənin Elmi Ekspertiza Komitəsinin sədri, Biologiya fakültəsinin, Biofizika və Molekulyar Biologiya kafedrasının professoru Rövşən Xəlilovun ABŞ Pittsburq şəhərinə ezam olunmuşdur. Konfransda dünyanın bir sıra görkəmli alimləri iştirak etmişdir və onların bir neçəsi ilə nümayəndələrimiz xatirə şəkli çəkdirmişdir.

Müsabiqənin gedişində Nobel mükafatçısı Martin Chalfie ilə xatirə şəkli çəkilmiş.

Digər nobel mükafatçısı J. Michael Bishop ilə xatirə şəkli çəkilmiş.

Daha bir görkəmli alim nobel mükafatçısı Dudley Herschbuch ilə xatirə şəkli çəkilmiş.

Şəkildə Nobel mükafatçısı Dudley Herschbuch ilə Biologiya fakültəsinin, Biofizika və Molekulyar Biologiya kafedrasının professoru Rövşən Xəlilov elmi müzakirədə.

Bookmark and Share