Adıcan Mehmet Tevfik məruzə ilə çıxış etdi
01/12/2022Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 01 dekabr 2022-ci il tarixində elmi seminar keçirildi. Seminarda Biofizika və biokimya kafedrasının dissertantı Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi” adlı məruzə ilə çıxış etdi. Məruzədə müxtəlif bitkilər vasitəsilə metal nanohissəciklərin sintezi və nanohissəciklərin xarakteristikalarının müxtəlif müasir metodlarla öyrənilməsi haqqında məlumat verildi. Eyni zamanda məruzəçi biotibbiyönümlü kanse rogen qızıl və gümüş nanohissəciklərdən alınmış ilkin nəticələr barədə çox geniş şəkildə məlumat verdi. Adıcan öz çıxışında bitki mənşəli nanohissəciklərin sintezi məsələsinin mərhələlərini ardıcıl şəkildə götərdi.İlk növbədə nanohissəciklərin sintezi üçün istifadə edilən bitki nümunələri müxtəlif üsullarla təmizlənir, onlardan ekstraktlar alınır və onlara müxtəlif metalların duzları məhlul şəklində uyğun qatılıqlarda əlavə edilir.Temperatur, Ph-dan və zamandan asılı olaraq bitki ekstraktları metal duzlarını nanohissəciklərə çevirir.
Fiziki-kimyəvi faktorların təsiri ilə alınan nanohissəciklər sentrifuqa üsulu ilə təmizlənir, sonra isə həmin nanohissəciklər müxtəlif metodlarla (UV spektroskopiya, SEM, AFM, infraqırmızı spektroskopiya və s.) xarakterizə edilir. Alınmış metal nanohissəcikləri (qızıl, gümüş və s.) artıq biotibbi tədqiqatlarda istifadə edilə bilər.
Adıcan öz çıxışında həmin nanohissəciklərin konsarogen hüceyrələrə təsiri nəticəsində alınan nəticələr barədə də geniş məlumatlar verdi, və göstərdi ki, alınmış nəticələr Web Of Science bazasına daxil olan 3 jurnalda çap olunub. Seminar iştirakçıları məruzəçiyə müxtəlif suallar verdi və suallar geniş şəkildə cavablandırıldı.
