Akademik Abdulla Qarayev adına auditoriya açılmışdır
23/04/2010Fakultədə Azərbaycanda fiziologiya elminin banisi görkəmli dövlət və ictimai xadim, akademik Abdulla Qarayev adına auditoriya açılmışdır. Akademik Abel Məhərrəmov, xarici işlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev alimin uzun illər çalışdığı kafedranın önündə barelyefin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər
Auditoriyada müasir təhsil texnologiyalarına cavab verən avadanlıq quraşdırılmışdır. Uzun müddət ərzində insan və heyvan fiziologiyası kafedrasına başçılıq etmiş akademik Abdulla Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə kafedra yüksək səviyyədə təmir edilmişdir
