Biologiya Fakültəsi

Alman professorlar BDU-da olub

08/05/2015

Almaniyanın Saarland Universitetinin biofiziklər qrupasının rəhbəri və izotoplar laboratoriyasının müdiri, professor İngolf Bernhardt və biokimya kafedrasının müdiri Rita Bernhardt BDU-da olublar. Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, biofizika və molekulyar biologiya kafedrasının müdiri Ralfrid Həsənov və həmin kafedrasının professoru Rövşən Xəlilovun iştirak etdiyi görüşdə biologiya, biokimya, biofizika, biotexnologiya, nanotexnologiyalar, genetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcəkdə birgə yay məktəbinin təşkili haqqında təkliflər irəli sürülüb.

Bookmark and Share