Almaniyanın Heydelberq Universitetinin əməkdaşları ilə elmi mübadilə proqramı çərçivəsində müzakirələr və professor Kristof Reissfelderin ustad dərsi
13/05/2022- Bu gün Bakı Dövlət Universitetində Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasının direktoru professor Kristof Reissfelder və Mannheim klinikasının əməkdaşı tədqiqatçı alim , həkim Vüqar Yaqublu Biologiya, Fizika və Kimya fakültələrinin bir qrup əməkdaşları ilə görüşüb. Görüşdə məqsəd prioritet olan sahələrdə elmi mübadilə proqramı çərçivəsində tədqiqatların aparılması üçün istedadlı gənclərdən ibarət tədqiqat qrupunun yaradılmasından ibarət olub. Almaniyanın Heydelberq Universiteti ilə Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində magistratura, doktorantura səviyyələrində gənclərin tədqiqat qruplarına cəlb edilməsi və birgə fəaliyyət nəticəsində görülə biləcək işlərin planlaşdırılması, ölkə üçün prioritet olan tədqiqatların aparılması üçün mexanizm qurulmasının vacibliyi və ilkin addımların atılması məsələləri müzakirə edilib.
Layihə ətrafında elmi mübadilə müzakirələrindən sonra professor Kristof Reissfelder tələbə və magistrantalara ustad dərsi keçib. Professor Reissfelder gənclərin ölkələrarası elmi mübadilə proqramlarına cəlb edilməsi və aktiv iştirakçı olmaları üçün nə etməli və hansı bacarıqlara yiyələnməli olduqlarını adımlarla şərh edib. Daha sonra K. Reissfelder Mannheim klinikasının laboratoriyaları haqqında gənclərə məlumat verib. Görüş müddətində həmçinin tələbələrin tədqiqat layihələrində işləmə prinsipləri, alınmış nəticələrin analizi və nəşr etmə xüsusiyyətləri haqqında tövsiyələr səslənib. Maraqlı disskusiya şəklində davam edən görüşdə tələbələrin sualları K. Reissfelder tərəfindən cavablandırılıb.
