Biologiya Fakültəsi

Almaniyanın Manheim Tətbiqi Elmlər Universitetində “Biotexnologiya ilə ilkin təmas” adlı tanışlıq səfəri

10/10/2012

 

 

 

 

 

 

 

 

30.10.2012 – ci il tarixindən 06.10.2012 – ci il tarixinədək Bakı Dövlət Universiteti, Heydelberq Universiteti, Mannheim Tibb Fakültəsi, Mannheim Tətbiqi Elmlər Universiteti, Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə Almaniyanın Mannheim şəhərində gənc bioloqlar və həkimlər üçün “Biotexnologiya ilə ilk təmas” adlı tanışlıq səfəri təşkil edilmişdir. Bu səfər Azərbaycan Gənclər Fondu və Almaniya Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən dəstəklənmişdir və 24 – 28 sentyabr 2011 – ci tarixində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Bakıda keçirilmiş "Molekulyar Genetikada Yeniliklər" adlı seminarın davamı olaraq təşkil edilmişdir. Məhz bu seminar zamanı Manheim Tətbiqi Elmlər Universitetinin nəznindəki Molekulyar və Hüceyrə İnstitutunun Direktoru Mathias Hafner və Bakı Dövlət Universitetinin Rektoru Akademik Abel Məhərrəmov arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında razılaşma əldə edilmişdir.

Qeyd edilən əməkdaşlığın davamı olaraq baş tutmuş bu tanışlıq səfər əsasən Bakı dövlət Universitetinin müəllim və tələbələrindən ibarət olan heyyətlə həyata keçirilmişdir. Səfər zamanı heyyət üzvləri müasir biotexnoloji laboratoriyalar və onların fəaliyyəti ilə tanış olaraq, geniş məlumatlar əldə etmişdirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nəzərə alsaq ki, Biotexnologiyanın inkişafı özünü XX əsrin sonlarından başlayaraq təcəssüm etdirməyə başlamış, o səbəbdən bu elmi yetərincə gənc saymaq olar. Biotexnologiya canlı sistemlər haqqında elmi biliklərin optimal tətbiqi ilə insanlar naminə yeni məhsul, xidmətlərin təklif və təşkilini həyata keçirir. Müasir  biotexnologiya ciddi tibbi problemlərin həllində, elmi tədqiqatlarda, yeni dərman və qida maddələrin istehsalında əsaslı dönüş yaradan bir sahədir.

Biotexnologiya tibb, biologiya, fizika, kimya kimi klassik fundamental sahələri özündə birləşdirən bir istiqamətdir. Bu gün Amerika və Avropa təhsil müəssisələrində bir – biri ilə rəqabətə girən fərqli biotexnoloji fakültələr fəaliyyət göstərir. Təssüf ki, ölkəmizdə biotexnologiya bir təhsil sahəsi kimi tam formalaşmamışdır, bu səbəbdən də gənc mütəxəssislərin bu haqda geniş məlumatlı olması mümkün deyildir. Məhz bu səbəbdən “Biotexnologiya ilə ilk təmas” adlı tanışlıq səfəri özündə böyük aktuallıq kəsb edirdi.

Tanışlıq səfəri müddətində iştirakçılar Mannheim Tətbiqi Elmlər İnstitutunda (www.hs-mannheim.de), Nano Elm və Texnologiya İnstitutunda (http://www.nsti.org), Alman Elmi Tədqiat Xərçəng Mərkəzində (www.dkfz.de) yerləşən müasir laboratoriyalarla taniş oldular və tanınmış mütəxəssislərin mühazirələrini dinlədilər.

Səfər dövründə iştirakçılar Prof: Werner, Prof: Kioschis, Prof: Frech, Prof: Wiedemann, Prof: Hafner və Prof: Mack tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələrdə iştiak etdilər.

 

 

 

 

 

 

 

 

Universitetin Rektoru cənab Prof. Leonhard Azərbaycanlı həmkarlarının geniş heyyəti ilə görüş keçirmişdir. Prof. Leonharda Bakı Dövlət Universitetinin fəaliyyətini əks etdirən kitab və simvol hədiyyə edilmişdir.

 

 

 

 

 

 

 

 

Universitetin Rektoru Bakı Dövlət Universitetinin professorları R.Həsənov və X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlığı müzakirə etmişdir. Görüş zamanı birgə magistr təhsili modulunun qurulması, Bakıda Biotexnologiya Mərkəzinin yaradılmasına dəstək, ölkəmizdə böyük farmakoloji kompaniyaların diqqətinin cəlb edə biləcək tədris imkanlarının yaradılması və buna müvafiq olaraq kadır yetişdirilməsi, eləcə də birgə elmi işlərin aparılması kimi məsələlər müzakirə edilmişdir.

Səfər zamanı 2013-cü il ərzində Azərbaycanlı gənclər üçün bir neçə “master klasların” keçirilməsi haqqında razılıq əldə edilmişdir.

 

Bookmark and Share