Biologiya Fakültəsi

Aqrar sahədə elmin koordinasiyalı inkişafı

09/03/2021

BDU-nun Zoologiya və Fiziologiya kafedrasının dosenti Tağıyev Əbülfəz Nağı oğlu AMEA Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin müvafiq institutlarının rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə birgə “Aqrar sahədə elmin koordinasiyalı inkişafı” mövzusunda keçirilmiş tədbirdə iştirak etmişdir. Tədbirin keçirilməsində başlıca məqsəd Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları ilə əlaqalərin genişləndirilməsi, aqrar sahədə elmi tədqiqat işlərinin koordinasiyalı inkişafına nail olmaq və bunun üçün zəruri işlərin həyata keçirilməsi olmuşdur. Müzakirələr zamanı birgə tədqiqatların aparılması üçün prioritet istiqamətlər üzrə işçi qruplarının yaradılması, proqram və layihələrin təqdim edilməsi təklif edilmişdir.

Bookmark and Share