Biologiya Fakültəsi

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya

22/11/2019

"Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, 22.11.2019-cu ildə Biologiya fakültəsinin professor-müəllim heyəti tərəfindən fakültə əməkdaşları, doktorantları, magistrantları və tələbələri üçün seminar keçirilmişdir. Seminarda Genetika və təkamül təlimi kafedrasının professoru Ellada Axundova və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qənbərov məruzə ilə çıxış edərək, biomüxtəlifliyin qorunmasının, onun itmə təhlükəsinin səbələri, genetik eroziyanın əsasları və ondan qaçınma yolları, bitki, heyvan, mikroorqanizmlərin genetik müxtəlifliyinin qiymətləndirilmə üsulları, biomüxtəliflik, o cümlədən genetik müxtəlifliyin mühafizə üsulları, Azərbaycan Milli Genbankı, orada mühafizə olunan mədəni, yabanı nümunələr, xalq seleksiya sortları və formaları, Milli Genbankın biomüxtəlifliyin mühafizəsində və gələcəkdə ondan səmərəli istifadəsində rolu, genbanklarının düzgün təşkili, nümunələrin pasportlaşması və vahid məlumat bazasının yaradılması, mikroorqanizmlərin kataloqlarının tərtibi, yeni mikroorqanizm ştamlarının aşkarlanması, onların saxlanılması haqqında məlumat verdilər. Məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, həm tələbələr, gənc tədqiqatçılar, həm də təcrübəli müəllimlərin iştirakı  ilə mövzu ətrafında diskussiya aparıldı, biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi üçün zəruri tədbirlərin görülməsinə dair fikir mübadiləsi aparıldı. Bu mövzuda növbəti seminarın keçirilməsi 28 noyabr tarixində nəzərdə tutulub.














Bookmark and Share