Biologiya Fakültəsi

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya

29/11/2019

"Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, 29.11.2019-cu ildə BDU-nun Biologiya fakültəsində Azərbaycan Respublikasında bioloji müxtəlifliyin səmərəli istifadəsi və qorunmasına dair növbəti seminar keçirilmişdir. Seminarda Zoologiya kafedrasının dosenti Sevinc Hümbətova və Botanika kafedrasının əməkdaşı Kəmalə Əsədova bu aktual mövzuya həsr olunmuş məruzə ilə çıxış edərək, təbiətdə antropogen təsirin nəticəsində baş vermiş və gələcəkdə baş verə biləcək hadisələr haqqında, biomüxtəlifliyin azalmasına gətirib çıxaran amillər, mümkün risklər haqqında məlumat verdilər, təbiətdə bitki və heyvan növlərinin sayının azalması, növ tərkibinin dəyişməsi haqqında maraqlı faktları auditoriyanın diqqətinə çatdırdılar. Tələbə və əməkdaşların fəal iştirak etdikləri diskussiyalarda biomüxtəlifliyin qorunması və səmərəli istifadəsini təmin edəcək məlumat xarakterli seminarların, çöl təcrübələrinin, proqnozlaşdırmanın aparılması, genbankların yaradılması kimi tədbirlərin həyata keçirilməsi zərurəti xüsusi vurğulandı.

























Bookmark and Share