Biologiya Fakültəsi

Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti adlı elmi seminar

26/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 26 aprel 2022-ci il tarixində elmi seminar keçirildi. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Anar Tofiq oğlu Məmmədov eyni adlı məruzə ilə çıxış etdi. Məruzənin mövzusu Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsini, çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunmasının taktik tədbirlərinin hazırlanmasının  müzakirəsini əhatə etdi.

Seminarda Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsi və çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunması üçün taktik tədbirlərin hazırlanması, bu quşların əhaliyə qarşı davranışında stereotip formanın bərpası yollarının müəyyən edilməsindən məlumatlar nəzərə çatdırıldı. Anar Məmmədov Azərbaycanda qızılquşkimilərin keyfiyyət və kəmiyyət göstəricilərinin çoxillik ekoloji dinamikasının, oturaq, reproduktiv, qışlayan, yem üçün gələn və miqrant populyasiyalarının müəyyən edilməsi haqqında materialları seminar iştirakçılarına təqdim etdi. Məruzəçi həm də Azərbaycanın zoocoğrafi sahələrində qızılquşkimilərin azalma və əhalidən uzaqlaşma səbəblərinin müəyyən edilməsi və həmçinin qızılquşkimilərin qorunma yollarından da məlumatlar verdi.

Məruzəçi  qeyd etdi ki,  17 ornitocoğrafi sahədə təqdim edilən  populyasiyaların məskunluğu və ekoloji qiymətləndirilməsi quruda yaşayan onurğalılar üzrə model ola bilər. Qızılquşkimilərin qorunmasına və səmərəli istifadəsinə dair  seminarda təqdim edilən təkliflər quruda yaşayan onurğalı heyvanların başqa qruplarına da tam və ya qismən aid edilə bilər.

Seminarda tələbələrin verdiyi suallar məruzəçi tərəfindən cavablandırıldı.

Bookmark and Share