Biologiya Fakültəsi

Azərbaycanlı alim Beynəlxalq elmi-tədqiqat müsabiqəsinin müsbət rəyini almışdır

25/05/2019

Moskva Dövət Pedoqoji Universiteti (MDPU) Perspektiv Tədqiqatlar İnstitutunun bazasında 2019-cu ildə elmi-tədqiqat işlərinin aparılması üçün elmi qrantların V Beynəlxalq müsabiqəsini elan etmişdir. Çoxsaylı alimlərin iştirak etdiyi həmin müsabiqədə Biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən İbrahimxəlil oğlu Xəlilov “Инновационные подходы к применению электронного парамагнитного резонанса в оценке экологических стрессовых состояний живых систем” adlı layihə ilə iştirak etmişdir.

Bu günlərdə MDPU-nun Perspektiv Tədqiqatlar İnstitutunun elmi proqramlar şöbəsinin rəisi Y.İ.Ziqançina tərəfindən göndərilən məlumata əsasən Biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən İbrahimxəlil oğlu Xəlilovun təqdim etdiyi layihə V Beynəlxalq müsabiqənin ekspertizasını keçərək Ekspert şurasının yüksək qiymətini və müsbət rəyini almışdır.

Bookmark and Share