Biologiya Fakültəsi

BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİOLOGİYA FAKÜLTƏSİ İLƏ KARLOV UNİVERSİTETİNİN TƏBİƏT FAKÜLTƏSİ ARASINDA ƏLAQƏLƏRİN 45 İLLİYNƏ HƏSR OLUMUŞ FOTOSƏRGİ

22/03/2017

22.03.17-ci il tarixində Çexiyanın Praqa şəhərində Bakı Dövlət Universitetinin Biologiya fakültəsi ilə Karlov Universitetinin Təbiət fakültəsi arasında elmi və tədris şöbəsində əlaqələrin 45 illiynə həsr olumuş fotosərgi keçirilmişdir.

Tədbir Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın Çexiyadakı səfirinin müavini Etibar Abdullayev, Karlova Universitetinin prorektoru prof. Peter Volf,  Karlova Universitetinin Təbiətşünaslıq fakültəsinin dekanı prof. İrjı Zima, BDU-nun Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev öz çıxışlarında universitetlər arası əlaqələrin tarixi və bu günkü vəziyyəti barədə ətraflı məlumat vermişlər.

Tədbirin açılışının sonunda ikitərəfli dostluq əlaqələrinin davamı olaraq Təbiətşünaslıq fakültəsi (Kimya şöbəsi) və BDU-nun Kimya fakültəsi arasında müqavilə imzalanmışdır.

Bookmark and Share