BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİOLOGİYA FAKÜLTƏSİNDƏ ALTAY DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR-MÜƏLLİM HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
05/12/2017Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Altay Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüş keçirildi

Bu gün Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı prof. A.Ə.Quliyev Altay Dövlət Universitetinin (ADU, Rusiya) nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə ADU ekologiya, biokimya və biotexnologiya kafedrasının professoru Roman Viktoroviç Yakovlev, Zoologiya və fiziologiya kafedrasının professoru Aleksandr Vladimiroviç Masyura, BDU-nun Onurğasızlar Zoologiyası kafedrasının professoru Hökümə Fərman qızı Quliyeva və dosenti Əsgər Musa oğlu Hümbətov, Onurğalılar zoologiyası kafedrasının dosentləri Çingiz Ağamusa oğlu Məmmədov və Sevinc Eldar qızı Hümbətova iştirak etmişlər. Görüş BDU və ADU-nun Biologiya fakültələri arasında ikitərəfli əməkdaşlıq barədə sazişin imzalanmasına dair, tərəflərin təklif və rəylərinin müzakirəsi ilə keçdi. Hər iki tərəf prioritet tədqiqat sahələri, müxtəlif qrant layihələrində iştirak imkanları, magistrant və PhD tələbələrin ikili rəhbərlik altında işləmə imkanı haqda təkliflərlə müzakirəyə qatıldı.
BDU nun Biologiya fakültəsinin dekanı prof. A.Quliyev fakültə haqda, gənc tədqiqatçıların uğurları, fakültənin müxtəlif fondlardan aldığı qrant layihələri haqda məlumat verdi..jpg)



