Biologiya Fakültəsi

Bakı Dövlət Universitetinin əməkdaşları Rusiyada keçiriən Beynəlxalq Konfransda iştirak ediblər

29/01/2021

BDU-nun Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova 25-30 yanvar 2021-ci il tarixlərində Moskva şəhərində keçirilmiş 28-ci “Математика. Компьютер. Образование” onlayn Beynəlxalq Konfransda iştirak ediblər. KonfransMürəkkəb sistemlərin biofizikası. Hesablama və sistemli biologiya. Molekulyar modelləşmə” mövzuları üzrə tədqiqatlar çərçivəsində aparılmışdır. Konfransda R.Xəlilov məruzə ilə çıxış etmişdir (“Влияние радиации  напщеницу(Triticum L.) и кукурузу (ZeaMaysL.):ЭПР исследования”;  Р.И.Халилов, А.Н.Насибова, У.М.Касумов, М.А.Байрамов,). MKO seriyalı Beynəlxalq Konfrans fənlərarası xarakter daşıyır və elm və ali təhsil işçilərinin səylərini birləşdirməyə, Rusiya elm və təhsil ənənələrini qorumağa, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi və pedaqoji kadrların ixtisaslarını artırmağa, gəncləri elm və təhsilə cəlb etməyə yönəldilmişdir. Konfransda Rusiya Elmlər Akademiyası (REA), Biologiyanın Fundamental Problemləri İnstitutunun direktoru Anatoliy Tsıqankov, REA-nın Nəzəri və Eksperimental Biofizika İnstitutunun professor Henri İvanitskiy, M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin professoru Qalina Rizniçenko və başqa görkəmli alimlər məruzə ilə çıxışlar ediblər. Konfrans "Zoom" platformasında distant formatda həyata keçirilmişdir.

Konfrans haqqında məlumat üçün aşağıdakı linkə müraciət etmək olar: http://www.mce.su/rus/

Bookmark and Share