Biologiya Fakültəsi

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun birinci kurs tələbələri ilə görüşü

09/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya və Biologiya fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.



Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından bəhs edən rektor, yubiley ərəfəsində yeni Yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini bildirib.


Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bookmark and Share