Biologiya Fakültəsi

Bakı Ekspo Mərkəzində XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi

12/10/2019

2019-cu il 10-12 oktyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçirilmişdir. Sərgidə Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrası və Biotexnologiya laboratoriyasının əməkdaşları Ağalarov Rüfət İkram oğlu, Məmmədova Lalə Nail qızı, Aşırova Günel Vüqar qızı, Nəcəfəliyeva Şəlalə Əli qızı, Əliyeva Pərvin Firdovsi qızı tərəfindən “Yeni Anti-Age qida məhsulları” və “Yeni üsulla hazırlanmış şüşə mikroelektrod holderinin tətbiqi” mövzularında innovativ və elmi nailiyyətləri əks etdirən tədqiqat işlərini nümayiş etdirmişdirlər. Təqdim olunan işlər sərgidə iştirak edən qonaqların böyük marağına səbəb olmuş, qonaqların sualları iştirakçılar tərəfindən ətraflı cavablandırılmışdır.
Təqdim edilən işlərdən biri membranların elektrofizioloji parametrlərinin qiymətləndirilməsinə imkan verən şüşə mikroelektrod holderinin stabil rejimdə işləmə müddətinin çoxdəfəli artırılmasına, bu yolla membran proseslərinin gedişinə nəzarət etməyə və onların tənzimlənməsi yollarının aydınlaşdırılmasına xidmət edir. Sərgidə nümayiş olunan yeni Anti-Age qida məhsulları isə müxtəlif xəstəliklərə, qocalmaya və hüceyrə ölümünə qarşı müdafiədə rolu yüksək olan antioksidant birləşmələri ilə zənginləşdirilmişlər. Antioksidantlarla zənginləşdirilmiş yeni qida məhsullarının (şirələr, çaylar, şərablar) yaradılmasının əsas prinsipi, həmin məhsulların istehsalı zamanı yaranan tullantılardan antioksidant qarışığının alınması və yenidən məhsula əlavə olunmaqla keyfiyyətinin yüksəldilməsidir.












Bookmark and Share