Biologiya Fakültəsi

Bal arıları

21/05/2019

21 may 2019-cu il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Bal arıları" mövzusunda elmi seminar keçirildi. Seminarda  Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, Bitki fiziologiyası kafedrasının müdiri prof. Vilayət Abdıyev, Biofizika və molekulyar biologiya kafedrasının müdiri prof. Ralfrid Həsənov, Zoologiya kafedrasının müdiri prof. Canbaxış Nəcəfov, TEC-in üzvləri və tələbə iştirak etdi. Seminarın açılışında TEC-in sədri dos. Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü. Məruzəçi II kurs 114R qrupunun tələbəsi İsrafilli Kamilə İsgəndər qızı mövzu haqqında dinləyicilərə ətraflı məlumat verdi və çıxışın yekununda məruzəçi professor və tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı.













Bookmark and Share