Biologiya Fakültəsi

BDU - nun alimləri Zəfər günü və şəhidlərin xatirəsinə həsr olunmuş “QARABAĞ” mövzusunda II Beynəlxalq Tətbiqi Elmlər Konqresində iştirak ediblər

10/11/2021

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov, Botanika və bitki fiziologiyası kafedrasının professoru Vilayət Abdıyev “QARABAĞ” mövzusunda II Beynəlxalq Tətbiqi Elmlər Konqresində iştirak ediblər. Konqres 8-9 noyabr tarixlərində “Zoom” platforması üzərindən onlayn şəkildə baş tutub.   Dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və s. olmuşdur. Türkiyə tərəfindən təşkilatçılar isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Açılış mərasimində çıxış edən tədbirin Təşkilat Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev adından salamlayıb. O, hər kəsi Zəfər Günü münasibəti ilə təbrik edib, konqresin məhz belə bir gündə keçirilməsini mühüm tarixi hadisə kimi qiymətləndirib.

Konqresin təşkilat komitəsinin üzvü Prof.R.Xəlilov və prof. V.Abdıyevin moderatorluğu ilə seksiyalar üzrə məruzələr edilmiş, müxtəlif alimlərin çıxışları və müzakirələri dinlənilərək  Konqres uğurla başa çatmışdır.

 

Konqres haqqında daha geniş məlumat əldə etmək üçün aşağıdaki linkə keçid edə bilərsiniz:

www.science.gov.az

Bookmark and Share