Biologiya Fakültəsi

BDU aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

12/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və Biokimya kafedrasının müdiri vəzifələrinin icra edən professor Rövşən Xəlilovun, Azərbaycan Tibb Universitetinin əməkdaşları və digər tanınmış alimlərlə birgə həmmüəllif olduğu elmi məqalə Web of Science (Clarivate Analitics) elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

 

“Application of Advanced Nanomaterials for Kidney Failure Treatment and Regeneration (“Böyrək çatışmazlığı və bərpası inkişaf etmiş nanomaterialların tətbiqi”)” adlı məqalə Materials (İF-3.057) jurnalında çap olunub.

Məqalədə nanotibbin dərmanların həll olma probleminin və hədəfdən kənar mənfi təsirlərinin aradan qaldırılmasında, həm də klinik praktikada yeni teranostik yanaşmaların yaranmasında tətbiqindən bəhs edilir.

Tədqiqatın əsas məqsədi böyrək xəstəliklərinin terapiyasında müxtəlif nanomateriallardan istifadə edərək, terapevtik üsulları daha effektiv və təsirli etməkdir. Tədqiqatlar zamanı böyrək toxumasının müalicəsi və bərpasında nanomateriallara əsaslanan bir neçə yanaşma tətbiq edilmişdir.

Təqdim olunan məqalədə mezenximal kök hüceyrələrindən alınan nanohissəciklərin və qan təmizləyici sistemlərdə istifadə olunan nanomaterial əsaslı adsorban və membranların istifadəsi ilə böyrək çatışmazlığının müalicəsi üçün yeni terapevtik üsullar təsvir edilmişdir.

 

Məqalə ilə tanış olmaq üçün aşağıdaki linkə keçid edə bilərsiniz:

https://doi.org/10.3390/ma14112939

Bookmark and Share