Biologiya Fakültəsi

BDU Azərbaycan universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub

08/06/2015

Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitut (URAP) 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısını açıqlayıb. Bakı Dövlət Universiteti Azərbaycan universitetləri üzrə 1-ci sırada, dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşıb.
Beynəlxalq URAP reytinqi Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilərək, 2009-cu ildən təşkil olunur.
URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Bookmark and Share