Biologiya Fakültəsi

BDU Bİologiya Könüllüləri Suraxanı tanker-muzeyinə ekskursiya ediblər

12/11/2022

12.11.2022-ci il tarixində BDU Bİologiya Könüllüləri "Suraxanı" tanker-muzeyinə ekskursiya etmişlər. Suraxanı tanker-muzeyi dünyada ilk dəfə respublikamızda yaradılmışdır. Ötən əsrin ortalarına səyahət edən tələbələr gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş rejimi ilə, maraqlı eksponatlarla yaxından tanış olublar. Onlara bildirilib ki, Azərbaycanda "Suraxanı" tanker-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Tələbələrə muzeydə saxlanılan Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor haqqında məlumat verilib.













Bookmark and Share