Biologiya Fakültəsi

BDU -da müasir dövrümüzdə viruslar mövzusunda ustad dərsi keçirilib

29/03/2022

Məruzəçi Azərbaycan Tibb Universitertinin  Tibbi Mikrobiologiya və Immunologiya  kafedrasının professoru, biologiya elmləri doktoru Nigar Agayeva  “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və Covid-19 infeksiyası”   adlı mövzu üzrə çıxış edib. Günün aktual problemlərinə səbəb olan  viruslar haqqında müasir yanaşmalı  materialları elmi əsaslandırılmış konteksdə təqdim edib.

Məruzəçi virusların quruluşu, növləri, təsnifatı, çoxalması, kultivasiyası, genomunun xüsusiyyətləri, gen mutasiyaları, törətdiyi xəstəliklər, yoluxma mexanizmləri  haqqında məlumatları geniş və sadə dildə dinləyicilərə çatdırıb.

Agayeva həmçinin məruzəsində dövrümüzün bəlası olan Covid-19 infeksiyası,onun növləri,  quruluşu, kultivasiyası, mutasiya və rekombinasiyaları, onun insan orqanizmində yolu və mübarizə imkanları haqqında  məlumatları  tədbirdə təqdim edib. Çıxış zamanı  koronoviruslarin yeni variantları, xüsusi ilə Omikron ştammı, onların mutasiya və reproduksiyası,  immunitet yaranma mexanizmlərini geniş izahlı təqdim edildi. Məruzəçi  təqdimatında  Covid -19  diaqnostikası, patagenezi, müalicə imkanları, dünyada  və ölkəmizdə istifadə olunan peyvənd novləri haqqında da məlumat verib.

Ustad dərsi mövzu ilə bağlı müzakirələrlə davam edib, məruzəçi tələbələrin çoxsaylı suallarını cavablandırıb .







Bookmark and Share