Biologiya Fakültəsi

BDU- nun kollektivi şəhid məzun Nadir Nadirlinin ailəsini ziyarət edib

01/11/2021

Bakı Dövlət Universitetinin (BDU) bir qrup kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Biologiya fakültəsinin məzunu Nadir Arzu oğlu Nadirlinin ildönümündə Şəmkir rayonunun Qasımalılar kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

Ziyarətdə Biologiya fakültəsinin dekan müavinləri Musa Cabbarov, Səbinə Ömərova, fakültənin  müəllimləri  Asəf Səfərov, Sevinc Məmmədova, Nurlan Əmrahova,  fakültənin TGT sədri Vüsal Məmmədrəhimov, THİK sədri Əbülfət İsmayılov və tələbələr iştirak ediblər. Ziyarətdə çıxış edənlər Nadir Nadirlinin Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Nadirin  həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, BDU-nun 2020-ci il məzunu olan Nadir Nadirli Füzuli istiqamətində gedən döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Prezidentin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bookmark and Share