Biologiya Fakültəsi

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

23/06/2020

Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Harnessing nanoparticles for the efficient delivery of the CRISPR/Cas9 system” (“CRISPR/Cas9 sisteminin səmərəli çatdırılması üçün nanohissəciklərin istifadəsi”) adlı məqalə "Nano Today" Beynəlxalq jurnalında dərc olunub. "Nano Today" nanotexnologiyalar sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarındandır və impakt faktoru 16.582-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

Məqalə İran, ABŞ, Türkiyə, Yaponiya və Azərbaycandan olan tədqiqatçıların beynəlxalq əməkdaşlığının nəticəsidir. Qeyd etmək vacibdir ki, məqalə Azərbaycan alimlərinin Nano Today-də ilk nəşri, İranın dördüncü,  Türkiyənin isə beşinci nəşridir. Son illərdə CRISPR genom tənzimləmə texnologiyasının meydana gəlməsi genom mühəndisliyində inqilab etdi. CRISPR sistemi genomu redaktə etmək üçün çox güclü, təsirli və dəqiq bir vasitədir. CRISPR / Cas9 sisteminin komponentlərini hədəf hüceyrələrə çatdırmaq üçün müxtəlif fiziki və viral metodlardan istifadə edilmişdir. Məqalədə CRISPR / Cas9 sistem komponentlərinin nanomateriallar vasitəsi ilə çatdırılmasında son irəliləyişlərə baxılıb və gələcək problemlərin təsviri verilib.

Məqaləni oxumaq üçün https://authors.elsevier.com/c/1bGUf6DSyB3mTb

linkinə keçid edə bilərsiniz.

Bookmark and Share