Biologiya Fakültəsi

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

02/11/2020

Bakı Dövlət Universitetinin professoru, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən f.-r.e.d. Rövşən Xəlilovun həmmüəllifi olduğu “Biosynthesis of AgNPs onto the urea-based periodic mesoporous organosilica (AgxNPs/Ur-PMO) for antibacterial and cell viability assay” (“Antibakterial aktivliyin və hüceyrələrin canlılığının təhlili üçün sidik cövhəri (AgNPs/Ur-PMO) əsaslı dövri mezoporoz silisiumda Ag nanohissəciklərinin biosintezi”) adlı məqalə "Journal of Colloid and Interface Science" Beynəlxalq jurnalında dərc olunub. Jurnalın impakt faktoru 7.489-dur. (2019 Journal Citation Reports®, Clarivate Analytics 2020).

Məqalədə göstərilmişdir ki, AgNPs / Ur-PMO birləşmələri (xüsusilə PMO; 1,27 % AgNP) nisbətən yaxşı antibakterial təsirlərə malikdirlər. Müəyyən edilmişdir ki, bu birləşmələrin tibbi müəssisələrdə - xəstəxana şəraitində istifadəsi infeksiyaları azaltmaqla yanaşı, antibiotiklərə davamlı bakteriyaların miqadari xarakteristikasını zəiflədə bilər. Məqaləni oxumaq üçün

https://www.sciencedirect.com/science/article/abs/pii/S0021979720313709

Bookmark and Share