Biologiya Fakültəsi

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

11/02/2021

AMEA –nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik Iradə Hüseynova vəBakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun tanınmış alim Əziz Eftikhari ilə həmmüəllif olduqları “A Comprehensive Review of Detection Methods for SARS-CoV-2” (“SARS-CoV-2 üçün identifikasiya üsullarının hərtərəfli icmalı”) adlı məqalə “Microorganisms” jurnalında dərc olunub. “Microorganisms” jurnalının impakt faktoru 4,152 – dir (2019 Journal Citation Reports®, Clarivate Analytics 2020). Məqalədə SARS-CoV-2-nin müxtəlif identifikasiya üsullarının prinsipləri, üstünlükləri və erkən, eyni zamanda sürətli aşkarlanma üçün potensial üsullar müzakirə olunub.

Məqaləni oxumaq üçün  

https://www.mdpi.com/2076-2607/9/2/232 linkinə keçid edə bilərsiniz.

Bookmark and Share