Biologiya Fakültəsi

BDU-da “Beynəlxalq bilik mübadiləsi vasitəsi ilə təhsildə islahat” layihəsi çərçivəsində görüş keçirilib

25/09/2017

BDU-da “Beynəlxalq bilik mübadiləsi vasitəsi ilə təhsildə islahat” layihəsi çərçivəsində görüş keçirilib

Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəs iilə təhsildə islahat” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbiri açan prorektor, professor Aydın Kazımzadə bildirib ki, görüşün məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə bu istiqamətdə ətraflı məlumat verməkdir.
Daha sonra çıxış edən Biologiya fakültəsinin dosenti Yaşar Ömərov layihə, Ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova isə layihə çərçivəsində “Ekologiya” ixtisası üzrə mühazirələrin və dərs vəsaitinin hazırlanması barədə məlumat veriblər. 
Avropa universitetlərinin təmsilçiləri isə çıxışlarında layihənin, o cümlədən gələcəkdə də təhsil sahəsində əlaqələrin uğurla davam etdirilməsinin önəmindən bəhs ediblər. Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb. 
Qeyd edək ki, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya”, “Biologiya”, eləcə də, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan IV kurs tələbələri və I kurs magistrantları iştirak ediblər.


Bookmark and Share