Biologiya Fakültəsi

BDU-da Dünya Xərçəng Gününə həsr olunmuş tədbir keçirilib

04/02/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə Dünya Xərçəng Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevralın hər il Dünya Xərçəng Günü kimi qeyd edildiyini vurğulayıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsədin dünya ölkələrinin diqqətini bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaq olduğuna diqqət çəkib.

Tədbirdə xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsi, yaranma səbəbləri, xəstəliyin inkişaf dinamikası barədə məlumat verilib.

Sonda Biologiya fakültəsi TGT sədri Vüsal Məmmədrəhimov, sədr müavini Fatma Seyidzadə və Kimya fakültəsi TGT sədri Əli Qədirli, idarə heyəti üzvü Solmaz Məmmədli xərçəng xəstəliyi anlayışı barədə fikirlərini bölüşüblər.

Bookmark and Share