Biologiya Fakültəsi

BDU-da ənənəvi Novruz şənliyi tədbiri keçirilib

17/03/2015

Bu gün Bakı Dövlət Universitetində həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.
Bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov Novruzun tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında danışıb, bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, bərəkətlilik, təbiətin oyanışı kimi xarakterizə edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin xüsusiyeri olduğunu deyən rektor universitetin17 fakültəsinin ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirib. Bir-birindən gözəl, yüksək zövqlə hazırlanmış və Novruzun bütün atributlarını özündə əks etdirən səhnələrin hər biri ilə ayrı-ayrılıqda tanış olan rektor, fakültə əməkdaşları və tələbələrin tədbirə xüsusi hazırlaşdıqlarını qeyd edib.
17 Novruz səhnəsinə baxışdan sonra münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşdirilib. Birinci yerə kitabxanaçılıq-informasiya fakültəsi layiq görülüb və fakültəyə 400 manat mükafat verilib. Biologiya fakültəsi və digər 15 fakültə 2-ci yeri tutublar və onların hər birinə 300 manat məbləğində mükafat verilib.
Tədbir sonra konsert proqramı ilə davam etdirilib.



Bookmark and Share