BDU-nun Biologiya fakültəsində “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirilib
25/02/2022Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tarix fakültəsinin professoru Nuru Məmmədov Xocalı faciəsinin xronologiyası haqqında çıxışında tariximizi yaddaşda aşılayan faktları gənclərə çatdırdı. Daha sonra tədbirdə fakültənin əslən Xocalıdan olan tələbəsi Bənövşə Əkbərova çıxış edərək valideynlərinin və qohumlarının yaşadıqlarını şərh etdi. Biologiya fakültəsinin tələbələri Məhəmmədəli Məmmədli, Fəridə Orucova hazırladıqları videoçarxı, Məleykə Məmmədova müəllifi olduğu şeiri, Üzeyir Kərimov, Nilufər Bağırova, Səkinəxanım Qasımova isə hazırladıqları Xocalı faciəsi ilə bağlı səhnəciyi nümayiş etdilər. Mirsəkinə Salmanlı Xocalı faciəsinin dünya mətbuatında işıqlandırılması haqqında məlumatları, fakültənin dosenti Sevda Tahirli Xocalı faciəsi şahidlərinin öz dilləri ilə başlarına gələn hekayələrdən fraqmentləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda fakültə dekanı Afət Məmmədova Xocalı faciəsinin heç bir zaman qəhrəman Azərbaycan xalqının qan yaddaşından silinməyəcəyini, əsrin cinayət aktının unudulmayacagını qeyd etdi.
