Biologiya Fakültəsi

BDU-nun doktorantı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə keçirilən onlayn konfransda çıxış edib

20/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Günəşova Günay Yasər qızı (elmi rəhbərlər: f-r.e.d., prof. Xəlilov Rövşən, b.e.d., prof. Əhmədova Fərayət)  2021-ci il 20-21 may tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilən onlayn konfransda iştirak edib. Konfrans  AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Qarabağın biomüxtəlifliyinə, torpaq və su ehtiyatlarına həsr edilmiş onlayn konfransın işinə uğurlar arzu edib.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dos. Vüqar Kərimov “İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror və böyük qayıdışın ətraf mühit aspektləri”, Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini, prof. Elçin Zeynalov “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı”, Azərbaycan Respublikası Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, prof. Ağamir Həşimov “İşğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatları, onlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans Zoom platforması üzərindən distant formatda baş tutub.
G.Günəşova konfransın seksiya iclasında «Термальные воды Кельбаджара-богатство Азербайджанской Республики» adlı məruzə ilə çıxış edib.

Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: www.science.gov.az

Bookmark and Share