Biologiya Fakültəsi

BDU-nun doktorantı Beynəlxalq konfransda iştirak edib

27/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Günəşova Günay Yasər qızı   2021-ci il 22-25 iyun tarixlərində “Trends in the development of modern scientific” mövzusunda keçirilən XXXI Beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Konfrans Kanadanın Vankuver şəhərində baş tutub.

G.Günəşovanın professor R.Xəlilov ilə birgə həmmüəllif olduğu “Действие ионизирующего излучения на штамм термофильной бактерии Bacillus Sp.Б1” movzusunda olan tezisi konfransın material toplusunda dərc olunub.

Tezisin əsas məqsədi termofil Bacillus Sp.Б1 ştamına müxtəlif dozalarda qamma şüalanmanın təsirini araşdırmaqdır. Qeyd olunan ştam Salyan rayonunun “Babazənan” termal mənbəindən  götürülmüş isti su nümunəsindən ayrılmışdır. Təqdim olunan elmi işdə Bacillus Sp.Б1 ştamı biri kontrol olmaqla 0.5 kQr, 1.5 kQr, 2.5 kQr, 3.5 kQr, 4.5 kQr, 5.5 kQr dozalarında qamma radiasiya ilə şüalandırılmışdır. Aparılan araşdırmalar nəticəsində Bacillus Sp.Б1 ştamı üçün qamma şüalanmanın letal dozası müəyyənləşdiriləcək və şüalanmanın nəticəsində yaranacaq olan paramaqnit mərkəzlərin xüsusiyyətləri EPR üsulu ilə araşdırılacaqdır.

Bu istiqamətdə tədqiqatlar davam edir.

Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz:

https://isg-konf.com/

Bookmark and Share