Biologiya Fakültəsi

Beynəlxalq Konfrans

24/05/2019

24-25 may 2019-cu il tarixində Biologiya fakültəsində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş "Müasir Biologiyada İnnovativ Yanaşmalar" mövzusunda IX Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın açılışında BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, prof. Aydın Kazımzadə giriş sözü ilə çıxış etdi. Konfransın plenar iclasının gedişində Biologiya fakültəsinin dekanı, prof. Akif Quliyev Biologiya fakültəsində keçirilən konfransın tarixi haqqında danışmış, aparılan elmi-tədqiqat işlərinin daha fəal getməsini və bu sahəyə rəhbərliyin xüsusi diqqətini vurğulamışdır. Daha sonra Biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən Xəlilov və Mikrobiologiya kafedrasının müdiri, prof. Xudaverdi Qənbərov keçirilən elmi konfransın əhəmiyyətindən söz açmışdırlar. Sonda prof. Akif Quliyev elmi konfransı açıq elan etmiş və iştirakçılara uğurlar arzulamışdır. Onu da vurğulamaq lazımdır ki, konfransa Gürcüstan, Çexiya, Almaniya, İrandan gənc tədqiqatçıların elmi nəticələri tezis və məqalə şəklində təqdim olunmuşdur. Ümumi olaraq konfransda 97 tezis və məqalə çap olunmuş, iştirakçıların məruzələri dinlənilmişdir.

Konfrans öz işini 4 seksiya üzrə davam etdirmiş:

1.Bitki fiziologiyası, Biokimya, Biofizika və molekulyar biologiya

2. Zoologiya

3. İnsan və heyvan fiziologiyası, Genetika

4. Botanika, Mikrobiologiya

Seksiyalarda məruzələrlə çıxış edənlər arasından konfransın Təşkilat komitəsi və həmsədrləri tərəfindən ən müasir və maraqlı elmi nəticələri təqdim edən elmi tədqiqatçılar seçilmiş və onlar Biologiya fakültəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.

















Bookmark and Share