Biologiya Fakültəsi

Beynəlxalq əlaqələr

11/07/2019

Amerikanın Mikrobiologiya cəmiyyətinin Texas filialının prezidenti və Texas at Tyler Universitetinin professoru Ali Azghani və Çikaqo Dövlət Universitetinin professoru Nadim Fazal Bakı Dövlət Universitetinin Biologiya fakültəsində olmuşlar. Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev qonaqları qəbul etmiş, fakültənin beynəlxalq əlaqələri və imkanları haqqında məlumat vermiş, bir sıra kafedraların, o cümlədən Biofizika və molekulyar biologiya, Biokimya və biotexnologiya, Mikrobiologiya kafedrasının, Nanoaraşdırmalar Mərkəzinin professor-müəllim heyəti və elmi işçiləri ilə elm və tədris sahəsində gələcək əməkdaşlıq haqqında ətraflı müzakirələr aparılmışdır.





Bookmark and Share