Beynəlxalq əllilər günü münasibəti ilə tədbir keçirildi
02/12/2022Biologiya fakültəsində 3 dekabr-Əlillər gününə həsr olunmuş tədbir keçirilmişdir. Fakültə dekanı Afət Məmmədova giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Dekan həmçinin qeyd etdi ki, dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tam hüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər.Bunlar fiziki qüsuru olan şəxsləri ətraf aləmdən təcrid edilməsinə səbəb olmamalıdır. Hamımız təkcə xüsusi günlərdə deyil daimi olaraq belə insanlara xüsusi diqqət və qayğıyla yanaşmalı, onların sıralarımızda təmsil olunması üçün çalışmalıyıq.
Tədbirdə Paralimpiyaçı, Taekvondo üzrə üçqat dünya çempionu, dördqat Avropa çempionu, əməkdar idman ustası Aynur Məmmədova, İdman Akademiyasının inklüziv hibrid layihə iştirakçısı Aysel Alıyeva, Xəzər Televiziyasının əməkdaşı Qəndab-Fatimə Əkbərli iştirak etmiş, hər bir qonaq öz həyat yolundan, uğurlarından bəhs edərək, tələbələrə cəmiyyətdə müəyyən mövqe qazanmaq üçün daima çalşmaq, ruhdan düşməmək, əzmkar olmagın lazım olduğunu bildirərək motivə etmişlər.
Tədbirin sonunda tələbələr "Əlillik əngəl deyil" devizi altında videoçarxlar təqdim etmişlər.
