Biologiya Fakültəsi

Biofizika kafedrasının məzunu Nigar Əhmədovanın Uppsala Universitetində Fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiəsi

12/06/2017


Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasında təhsil almış Nigar Əhmədovanın İsveçin Uppsala Universitetində “Fotosintezin fotosistem II-nin iki redoks fəal tirozinlərinin tədqiqi (Studies of two redox active tyrosines in Photosystem II of Photosynthesis)” mövzusunda PhD dissertasiya müdafiəsi baş tutub.





















Dissertasiya komissiyası, soldan sağa: Prof. Erik Jensen - Kopenhagen Universiteti, Danimarka; Prof. Elvi Rintamaki - Turku Universiteti, Finlandiya; Prof. Johannes Messinger - Uppsala və Umea Universitetləri.



Prof.Dr. Stenbjörn Styring müdafiəni açıq elan edir.



Dinləyicilər (həmkarlar, magistrlar, maraqlanan şəxslər) Nigarının "ekzekiziyasını", yəni müdafiəsini gözləyərkən.



Rəyçi (bir şəxslə təmsil olunur və "imtahançı" adlandırılır), Prof.Dr Robert Burnap - Oklahoma State University, USA.



Disertasiya işini 1 ay əvvəldən almış imtahançı Prof. Dr Robert Burnap Nigar Əhmədovanın disertasiya işi ilə komissiyanı tanış edir, mövzu haqqında məlum olan nəticələri və tədqiqatçının əldə etdiyi yenilikləri qeyd edərək müdafiə olunacaq aspektləri xüsusi vurğulayır. 



Komissiya (arxadan görünüş) və işin mahiyyətini şərh edən imtahançı.



Sədr Prof. Dr Stenbjörn Styring sözü Nigar Əhmədovaya verir.



Nigar müdafiə prosesinə başlayır.



İmtahançı sual-cavab duelinə başlayır.



Sual-cavab dueli davam edir.



Və beləcə imtahançının 36 sualı və onlara dəqiqliklə verilən 36 cavab. 



Duel davam edir: imtahamçı cavablardan məmnun qalıb.


İmtahançıdan sonra sual vermək növbəsi komissiyaya keçir, komissiya Nigarı sual atəşinə tutur.


Seminar otağıda sükut hökm sürür, lakin tədqiqat obyektinin - ispanağın çoxluğu uğurlu nəticəyə işarə verir.



Və budur! Komissiya yekdilliklə "excellent" cavabını verir.



"İspanaq kraliçası" çətinliklə göz yaşlarını saxlayır.



Nigarın uğurun arxasında duranlar - Prof. Dr Stenbjörn Styring və Prof. Dr Fikrət Məmmədov



Nigarın elmi rəhbəri Prof. Dr. Fikrət Məmmədov, Fikrət Məmmədovun elmi rəhbəri Prof. Dr. Ralphreed Həsənov 



Nigar və xoşbəxt valideynləri; Nigarın tərbiyyəsinə görə onlara xüsusi təşəkkürlər.


Son olaraq imtahançı, elmi rəhbərlər və biofizika üzrə fəlsəfə doktoru Nigar Əhmədova.

Bookmark and Share