Biofizika və molekulyar biologiya kafedrasının magistrantı Çexiyanın Masaryk Universitetində
19/02/2019Biologiya fakültəsi, Biofizika və molekulyar biologiya kafedrasının II kurs magistrantı Paşayeva Rəvanə ERASMUS+ ICM mübadilə proqramı çərçivəsində Çexiyanın Brno şəhərinə elmi səyahət edib. Magistrant 07.09.18-11.02.19 tarixlərində 5 ay müddətində Masaryk Universitetinin “Plant physiology and anatomy” laboratoriyasında magistr disertasiyasının praktiki hissəsini həyata keçirmək məqsədilə elmi tədqiqatlarda iştirak edib. Professor Bartak Miloşun elmi rəhbərliyi altında “Stress physiology of algaes” mövzusu üzrə elmi iş aparan R.Paşayeva Klebsormidium sp. yosunlarında stresin fiziologiyasını öyrənmiş, əhəmiyyətli nəticələr əldə etmiş və müsbət rəylər alaraq mübadilə proqramını tamamlamışdır.
