Biologiya Fakültəsi

“Biokimya fənninin tədrisinə fərdi yanaşmalar” mövzusunda elmi-tədrisi seminar

19/04/2021

19.04.2021-ci il tarixdə Biologiya fakultəsində “Biokimya fənninin tədrisinə fərdi yanaşmalar” mövzusunda Microsoft Teams platforması üzərindən növbəti elmi seminar keçirilmişdir.

Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistrlarının iştirakı ilə baş tutan seminarda məruzəçi, “Biofizika və Biokimya” kafedrasının müəllimi, b.ü.f.d. Hüseynova Nigar,  Harvard Tibb Məktəbinin (HMX courses) fundamental kurslarından biri olan "Biokimya" modulu əsasında təşkil olunmuş  Biokimya fənninin tədrisinə fərdi yanaşma tərzini müzakirəyə təqdim etmişdir. Seminar zamanı təqdim olunan yanaşma tərzi yerli və eyni zamanda digər fərqli tədris proqramları ilə müqayisəli şəkildə müzakirə edilmiş, mövzu çərçivəsində "Biokimya" fənninin tədrisində termodinamikanın rolu, hüceyrələrdə enerjinin yaranması, istifadə və transformasiya yolları haqda bəhs edilərək verilən suallar ətrafında maraqlı diskussiyalar aparılmışdır.




Bookmark and Share