Biologiya Fakültəsi

Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının aktiv üzvləri Kashalata kafedə qonaq olmuşdur

08/05/2019

08.05.2019-cu il tarixində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının aktiv üzvləri Kashalata kafedə qonaq olmuşdur. "Kashalata" kafe - atelye Birgə və Sağlam İctimai Birliyinin tərkibində autizmli yeniyetmə və gənclərin çalışdığı peşə təlim müəssisəsidir.

Üzvlərimiz burada həm autizm, həm də İctimai Birliyin fəaliyyəti barədə məlumatlandırılıblar.

Daha sonra mərkəzdə- autizm sindromlu yeniyetmə və gənclər tərəfindən xidmət göstərilən "Kashalata" kafedə gənclərlə əyləncəli zaman keçirib, onların əl işləri ilə tanış olmuşlar.

 

Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatı olaraq fakültəmizin dəyərli müəllimi Elvin Hüseynova, Birgə və Sağlam İctimai Birliyinin kollektivinə, xüsusi ilə birliyin rəhbəri Aytən Eynalovaya və "Kashalata" kafe heyətinə təşəkkürümüzü bildiririk!













Bookmark and Share