Biologiya Fakültəsi

Biologiya fakültəsi üzrə "İlin Ən Yaxşı Tələbəsi" müsabiqəsinin qalibləri bəlli oldu

24/12/2014

Bu gün fakültələr üzrə elan olunmuş "İlin ƏN Yaxşı Tələbəsi" müsabiqəsinin nəticələri elan olundu. Belə ki, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Universitetin böyük akt zalında təşkil olunmuş mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “İlin ən yaxşi tələbəsi” adını qazanmış tələbələri təbrik edərək onları bu fəxri ada daim sadiq qalmağı və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, öz növbəsində, qaliblərini təbrik edərək THİK-in 2014-cü ildə sərgilədiyi fəaliyyət, həyata keçirilmiş tədbirlər və görülməli işlər haqqında məlumat verib. Sonda rektor Abel Məhərrəmov müsabiqə qalibi olmuş tələbələrə diplomlar təqdim edib. Mərasim konsert proqramı ilə yekunlaşıb.
Biologiya fakültəsi üzrə iki nominasiya üzrə qalib elan olunmuş tələbələr aşağıdakılardır:

  • Bayramova Nərgiz Həsrət qızı (IV kurs/043A)
  • Paşayeva Rəvanə Taleh qızı (II kurs/066R)
  • Seyidova Könül Qorxmaz qızı (IV kurs/044A)
  • Eyvazova Məhbubə Bakir qızı (IV kurs/042A)
  • Abdullayeva Gülnar Rizvan qızı (III kurs/047A)
  • Qurbanova Fidan Zaur qızı (III kurs/049A)
  • Məmmədli Məhbubə İsa qızı (III kurs/050A)
  • Qarayeva Fəridə Elşən qızı (II kurs/066R)
  • Əfəndiyeva Mərziyyə Sərbaz qızı (IV kurs/043A)
  • Həsənova Arzu-Şövkət Məhəmməd qızı (III kurs/048A)
  • Şahnaz Pərviz (IV kurs/043A)



 

Bookmark and Share