Biologiya Fakültəsi

Biologiya fakültəsində ” Müasir genetik tədqiqat üsulları və sekvensiya texnologiyaları” mövzusunda elmi seminar

01/03/2022

Biologiya fakültəsi Biofizika və Biokimya kafedrasının müəllimi Nigar Hüseynova  müasir kliniki genetik testlər, yeni nəsil sekvensiya texnologiyası  və onların irsi xəstəliklərin diaqnostikası, irsi xəstəliklərə meyillilik və presimptomatik skrininqlər, ailə planlaması zamanı aparılan skrininq testlər,  hədəfli gen terapiyası kimi sahələrə tətbiq edilməsi istiqamətində materiallarla çıxış etdi.  Tələbə, magistrant və doktorantrların iştirak etdiyi seminarda məruzəçi çoxsaylı sualları cavablandırdı.



Bookmark and Share