Biologiya fakültəsində Beynəlxalq elmi konfransı keçiriləcəkdir
11/04/20122012-ci il may ayının 25-26-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində görkəmli alim, əməkdar elm xadimi, prof. Mirəli Abdulla oğlu Axundovun anadan olmasının 110-cu ildönümü münasibəti ilə Gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcəkdir. Konfransda yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər.
Konfransda iştirak etmək üçün materiallar 2012-ci il may ayının 10-na kimi təşkilat komitəsinə təqdim olunmalıdır.
Konfransa təqdim olunan tezis aşağıdakı tələblərə uyğun tərtib edilir:
- Azərbaycan, rus və ingilis dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;
- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü - 14, interval - 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;
- Məqalədə ədəbiyyat siyahısı olmalıdır (3-5 bənd). Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir;
- Tezisin həcmi 1 səhifədən, məqalənin həcmi isə 3 səhifədən artıq olmamalıdır.
- Mətnin əvvəlində tezisin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin adı yazılır.
- Bu tələblərə uyğun gəlməyən tezislər Təşkilat komitəsi tərəfindən qəbul edilmir.
NÜMUNƏ
ABŞERON YARIMADASININ SU BATAQLIQ BİTKİLİYİ
Xalıqova S.Ş.
Bakı Dövlət Universiteti
yuxarı, aşağı - 2,5 sm
sol - 3 sm
sağ - 1 sm
Biologiya fakültəsi, otaq 142, əlaqə telefonu 539-06-13
