Biologiya Fakültəsi

Biologiya fakültəsində Biomüxtəliflik üzrə Təlim keçirildi

25/10/2022

21 oktyabr 2022-ci il tarixində Biomüxtəliflik üzrə Qlobal Informasiya Sistemi  (Global Biodiversity Information Facility, GBIF) - beynəlxalq məlumat mübadiləsi açıq infrastrukturunun İştirak və Qarşılıqlı fəaliyyət üzrə proqramının əməkdaşı danimarkalı  Andrey Rodriqes Biologiya fakültəsində tələbələr və əməkdaşlar üçün təlim keçmişdir. Biomüxtəliflik üzrə Qlobal Informasiya Sistemi planetin istənilən nöqtəsindən olan istənilən istifadəçiyə internet şəbəkəsi vasitəsilə Yer kürəsində yayılan bitki və heyvan növləri barədə informasiyaya giriş əldə eməyə imkan verir. Andrey Rodriqes qeyd etmişdir ki, GBIF iştirakçı olan dövlətlər sistemdə milli portala, proqram koduna və məlumatlara malikdirlər. Sistemin məqsədlərindən biri də biomüxtəliflik barədə informasiyaya sərbəst girişin təmin edilməsi üçün vacib olan məlumatları, bacarıqları və texnologyaları mobilləşdirməkdən ibarətdir. Təlimin sonunda Andrey Rodriqes portaldan istifadə üçün tələbələrlə sınaq keçirdi. Sonda fakültə əməkdaşları  və magistrantlar təlimin  onlar üçün çox faydalı olduğunu qeyd etdilər və Andrey Rodriqesə təşəkkürlərini  bildirdilər.













Bookmark and Share