Biologiya fakültəsində intellektual yarış keçirilmişdir
22/11/202222.11.2022-ci il tarixində BDU Könülləri Biologiya fakültəsi təşkilatçılığı ilə "Gizli cavab" adlı intellektual yarış keçirilmişdir. 13 fərqli fakültənin komandalarının iştirak etdiyi yarışda tələbələrə 10 kateqoriya üzrə dünyagörüşünə aid suallar yönləndirilmişdir. Yarışmanın seçmə turu olan bu mərhələdə 5 komanda final turuna vəsiqə qazanmışdır. Qalib komandalar : Ventanni, Asena, Chemist, Qayıdış və Zodiac.
