Biologiya Fakültəsi

Biologiya fakültəsində növbəti online elmi seminar

07/04/2021

07 aprel 2021-ci il tarixində Biologiya fakültəsində online formatda növbəti elmi seminar keçirilmişdir.

Botanika və bitki fiziologiyası kafedrasının müdiri vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikası ərazisində “Bitkilər aləminin bioloji əsaslarla səmərəli istifadə edilməsi və mühafizə problemi”nin həlli üçün onların senopopulyasiya səviyyəsində öyrənilməsinin aktual məsələlərdən biri olduğunu vurğuladı. Sonra Botanika və bitki fiziologiyası kafedrasının dosenti Zülfiyyə Məmmədova “Senopopulyasiya səviyyəsində öyrənilən bəzi paxlalı bitkilərin əhəmiyyəti” mövzusunda çıxış etdi.

Məruzəçi Azərbaycanın bitki örtüyündə qida və yem əhəmiyyətinə görə taxıllardan sonra ikinci yer tutan paxlalı bitkilərin senopopulyasiya səviyyəsində tədqiqinin Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı heyvandarlığın inkişafında da mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. O, paxlalı bitkilərin əmələ gətirdikləri yay-qış otlaqları və kəndətrafı örüşlərin səmərəli istifadəsinin, paxlalı bitkilərin digər bitkilərlə növbəlilik prinsipi əsasında əkin və biçənəklərin yaxşılaşdırılmasında rolunun, onların növ tərkibinin senopopulyasiya səviyyəsində qiymətləndirilərək öyrənilməsi üçün geobotaniki və ya fitosenoloji tədqiqatların aparılmasının əhəmiyyəti haqqında məlumat verdi.

Zülfiyyə Məmmədova məruzəsində geobotaniki göstəricilərə əsaslanmaqla paxlalı bitkilərin bəzi növlərinin senopopulyasiya səviyyəsində qiymətləndirilməsi öyrənilərkən, onların rast gəlindiyi fitosenozlarda təsərrüfat əhəmiyyətlərinin müəyyənləşdirilməsi və müvafiq bitki örtüyünün məhsuldarlığının artırılması, yem keyfiyyətinin zənginləşdirilməsi, eləcə də paxlalı bitkilərin nadir və nəsli kəsilməkdə olan və «Qırmızı Kitab»a düşən nümayəndələrinin qorunması və mühafizəsi üçün tövsiyyələr irəli sürdü.

Məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, mövzu ətrafında müzakirələr aparıldı.
































Bookmark and Share