Biologiya Fakültəsi

Biologiya fakültəsində Vətən müharibəsi Qaziləri ilə görüş keçirilib

10/11/2022

10.11.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Biologiya fakültəsində “Qazilərlə Görüş” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlkin olaraq Biologiya fakültəsinin dekanı professor Afət xanım Məmmədova tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sonra tarixçi professor Nuru Məmmədov və Tələbə Həmkarlar İttifaqının Sədri Hacıbaba Mustafayev çıxış edərək Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdiklərini vurğuladılar. Tədbirdə 44 günlük müharibədə qəhrəmanlıq nümayiş etdirmiş Qazilərimiz Tərlan Babaşov, Fərahim Əmirli, Lətif Əliyev, Savalan Maqsudov, Elgün Əsgərov, İlqar Rzaquliyev iştirak etmiş və öz müharibə xatirələrindən danışmışlar. Sonra isə Biologiya fakültəsinin tələbələri Vətənə, əsgərlərimizə, şəhidlərimizə aid şerlər, mahnılar səsləndirmiş, tələbələr tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilmişdir. Sonda Qazilər fakültə rəhbərliyi ilə çay süfrəsi ətrafında öz təəssüratlarını bölüşdülər.

































Bookmark and Share