Biologiya Fakültəsi

Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirildi

20/12/2014

B iologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev və fakültənin əməkdaşlarının birgə təşəbbüssü ilə 19-20 dekabr tarixləri müddətində BDU-nun Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş "Eksperimental biologiyanın inkişaf perspektivləri" mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda 3 dildə, cəmi 176 sayda məqalə və tezislər çap olunmuşdur. Qəbul olunan materiallar fakültənin professor və müəllimlərindən ibarət redaksiya heyəti tərəfindən yoxlanıldıqdan sonra çapa verilməsinə icazə verilmişdir. Konfrans iki iclasdan və dörd bölmədən ibarət olmuşdur. Konfransın plenar iclası 19 dekabr 2014-cü il tarixində BDU-nun, əsas binasında yerləşən kiçik akt zalında saat 1100 – da başlandı, ikinci iclas isə 19 dekabr tarixi, saat 1300 – da hər bölmə üçün ayrılmış otaqlarda keçirildi. Plenar iclasda BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru prof. N.İ.Əliyeva , Biologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev, fakültənin professor və müəllim heyəti, əməkdaşlar, doktorant və magistrantlar iştirak etdilər. Plenar iclas bitdikdən sonra iştirakçılar aid olduqları bölmələr üzrə çıxış etmək üçün müvafiq otaqlarda yer aldılar. Burada məruzə edəcək iştirakçılar müvafiq bölmənin həmsədr və professor-müəllim heyəti qarşısında çıxış etdilər. Hər məruzədən sonra məruzəçilərə suallar verildi.





Bookmark and Share