Biologiya Fakültəsi

Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi

09/03/2017

09.03.2017-ci il tarixində Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Fakültənin dekan müavini dos. S.N.Ömərova 2016-2017-ci tədris ilin qış imtahan sessiyasının nəticələri ilə Şura üzvlərini tanış etdi.Dos. S.N.Ömərova Biologiya, Biologiya müəllimliyi, Su bioehtiyyatları və akvabitkilər ixtisasları üzrə təhsil alan IV kurs tələbələrin yaz semestrinin və sessiyasının təşkili ilə bağlı məlumat verdi,tədris prosesinin təkmilləşməsi yolları müzakirə olundu.

2016-2017-ci tədris ilində doktoranturaya qəbul olunmuş doktorantların elmi-tədqiqat işlərinin mövzuları və elmi rəhbərləri müzakirə olunaraq təsdiq edilmişdir.

Elmi şuranın sədri prof. A. Ə. Quliyev gənc alim, Mikrobiologiya kafedrasının müəllimi İsrayılova Aygün Əlimərdan qızının elmdəki nailiyyətlərinə görə Prezident Mükafatına layiq görüldüyü haqqında məlumat verdi və A.Ə.İsrayılovanı bu böyük nailiyyət ilə təbrik edərək gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzuladı. Gənc alim dekana və Şura Üzvlərinə təşəkkürünü bildirərək qeyd etdi ki, bu təkcə onun nailiyyəti deyil, bütün fakültənin uğurudur.

Dekan Akif Quliyev Onurğasızlar zoologiyası kafedrasının dosenti Muradova Elmira Əjdər qızının Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “İlin müəllimi” media mükafatına layiq görüldüyü haqqında da məlumatı Şura üzvlərinin diqqətinə çatdırdı və dos. Elmira Muradovanı döş nişanı ilə təltif etdi.

Bookmark and Share