Biologiya Fakültəsi

Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

25/12/2014

Bu  gün Biologiya fakültəsində (461-saylı auditoriyada) Elmi Şuranın bu il üçün sonuncu iclası keçirilmişdir. İclasda sədr: fakültə dekanı prof. Akif Quliyev, katib b.e.n. Samirə Hümmətova və kafedralar üzrə şunanın üzvləri iştirak etmişdir. İclası giriş sözü ilə prof. Quliyev A.Ə. açaraq gündəmdə olan aşağıdakı məsələləri müzakirəyə təqdim etmişdir:

  • Biologiya fakültəsində 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı;
  • Tədris ilində qış imtahan sessiyasına hazırlıq (b.f.d. Ömərova S.N., dos. V.B.Abdıyev);
  • Cari məsələlər (doktorantların elmi attestasiyaları, yeni çap olunacaq dərslik və dərs vəsaitlərinin müzakirəsi və s. məsələlər)

İclasın sonunda professor Akif Quliyev bütün şura üzvlərini universitetin 95 illik yubileyi və qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni İl münasibəti ilə təbrik etmiş; Universitetin 95 illik yubileyinə həsr olunmuş "Şahmat Turniri"ndə III yeri tutmuş "İnsan və heyvan fiziologiyası" kafedrasının laboratoriya müdiri Firudinbəyov Yusif İsmayıl oğlunu mükafatla təltif etmişdir.



Bookmark and Share